Sosial şəbəkədə biz:

Turşudan zəhərləmə ölümlə nəticələnib: Təhlükədən necə qorunmaq olar? - VİDEO

İsti aylarda hazırlanan turşular qışda daha çox istifadə edilir. Bu səbəbdən də qış aylarında turşudan zəhərlənmə halları çox olur. Bir neçə gün əvvəl də Sumqayıtda pomidor turşusundan zəhərlənən 53 yaşlı qadın həyatını itirib.

Qida mütəxəssisi Seymur Qafarovun sözlərinə görə, turşu məhsullarının hazırlanmasında bəzi məqamlar var ki, bunlara ciddi yanaşmadıqda zəhərlənmə, ölüm halı qaçılmaz olur. Turşu məhsullarının qablaşdırılmasına və saxlanma şəraitinə diqqət etmək lazımdır. Şüşə qablarda hazırlanan məhsullar bir -birinə yaxın və günəş şüaları altında saxlanmamalıdır.

Ekspert bildirib ki, istifadəyə yararsız konservləşmiş məhsulu qablaşdırmanın görünüşündən, qapağın altında yığılmış ağ təbəqədən və qoxusundan aydın etmək olur. Bu məhsullar qaranlıq şəraitdə saxlanmalı, otaq temperaturu isə 20-23 dərəcə arasında olmalıdır.

https://www.youtube.com/embed/JE9X2sJHd2E


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol