Sosial şəbəkədə biz:

Bölgələrdə leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

18 November 2024, 17:12
Gündəm

Bakıda və Abşeron yarımadasında noyabrın 19-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 

Bu barədə Milli Hdiromteorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. 
 Azərbaycanın rayonlarında noyabrın 19-u gündüz bəzi dağlıq rayonlarda, 19-u axşamdan 20-si səhərədək isə bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ, Şərqi-Zəngəzur, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi-Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.