Sosial şəbəkədə biz:

Uraloğlu: Zəngəzur dəhlizi ilə bağlı proseslər davam edir

Azərbaycanla Türkiyə arasında nəqliyyat sahəsində ən böyük layihə Zəngəzur dəhlizidir.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

O qeyd edib: “Bu istiqamətdə Azərbaycan tərəfi ilə sürətli formada proseslərə davam edirik. Dəhlizin Ermənistan və ya İran tərəfi olmaqla haradan keçəcəyinə azərbaycanlı qardaşlarımız qərar verəcək. Sonra bu dəhliz Naxçıvan vasitəsilə Türkiyəyə gələcək. Türkiyədə də layihəmizi bitirdik, tenderimizi etdik, qarşıdakı günlərdə tikinti işlərinə başlayaraq Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol