Sosial şəbəkədə biz:

Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Türkiye Cümhuriyyeti Enerji ve Tabii Kaynaklar Bakanlığı Maden Tetkik ve Arama Genel Müdürlüğü ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, müqavilə satınalma metodu əsasında imzalanıb və dövlət satınalmalarının vahid internet portalından kənar keçirilib.
Müqavilənin şərtlərinə görə, Türkiyənin Maden Tetkik ve Arama Genel Müdürlüğü Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi əsasında “Parağaçay, Qapıcıq molbden, Gümüşlü polimetal yataqları üzrə beynəlxalq qiymətləndirmə xidməti” həyata keçirəcək və qarşılığında 809 min 72 manat 50 qəpik alacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol