Sosial şəbəkədə biz:

Vətəndaşlar evlərinə çıxarış ala bilmirlər - (VİDEO)

Bölgələrdə, xüsusən də kəndlərdə vətəndaşlar mənzillərinə çıxarış ala bilmirlər...

Sakinlər bu vəziyyətin onlar üçün müxtəlif problemlərə səbəb olduğunu deyirlər.

Bəzi sakinlər çıxarış üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, amma bir nəticəsinin olmadığını bildirirlər.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyir ki, bölgələrdə, xüsusilə də kənd yerlərində sakinlərin öz evlərinə çıxarış ala bilməmələrinin bir neçə səbəbi var. Belə ki, vətəndaşların bununla bağlı hüquqi bilgisinin az olması, müxtəlif yerli məmurlar tərəfindən yaradılan süni əngəllər əsas səbəblərdəndir.

Ekspertin sözlərinə görə, vətəndaşlar hətta sovet dövründən qalma əllərində olan sənədlərlə də daşınmaz əmlaka çıxarış almaq üçün müraciət edə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

https://www.youtube.com/watch?v=jufFDi16eRc


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol