Sosial şəbəkədə biz:

Misir hökuməti Məhəmməd Mursini rəsmən terrorçu elan edib

04 July 2016, 22:34
Gündəm
Misir hökuməti sabiq prezident Məhəmməd Mursini rəsmən terrorçu elan edib. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, Misir Konstitusiya Məhkəməsinin cari ilin aprelində eks-prezidentin adının terrorçular siyahısına salınması haqda qərarı rəsmi qəzetdə dərc olunub. Qərar 3 il müddətində qüvvədə qalacaq. Bundan əlavə, "Müsəlman qardaşlar" (İhvan) təşkilatı və 34 nəfərin də adı terrorçular siyahısına daxil edilib. Qeyd edək ki, M.Mursi 2013-cü il iyulun 3-də Misir prezidenti vəzifəsindən kənarlaşdırılıb.