Sosial şəbəkədə biz:

Azay Quliyevin ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə namizədliyi təsdiq olundu

05 July 2016, 01:09
Gündəm
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Azay Quliyevin qurumun vitse-prezidenti vəzifəsinə namizədliyi təsdiq olunub. Turkustan.info xəbər verir ki bu barədə Trend-ə A.Quliyev özü məlumat verib. O, seçkilərdə qalib gələcəyinə ümid etdiyini bildirib. Seçkilər sabah keçiriləcək. Qeyd edək ki, A.Quliyev bu vəzifəyə MDB və islam ölkələrindən yeganə namizəddir. Prezidentliyə 3, vitse-prezidentliyə isə 4 nəfərin namizədliyi irəli sürülüb.