Sosial şəbəkədə biz:

Emin Ağalarov Bakıda klinika tikir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları sahəsi ərazisində klinika və ofis binalarının tikintisinə icazə verib.
“Nardaran İnvest” MMC verilən icazəyə əsasən ümumi sahəsi 3 793 kv. metr olacaq 3 mərtəbəli (zirzəmili) klinika və ümumi sahəsi 9 700 kv. metr olacaq 5 mərtəbəli (zirzəmili) ofis binası inşa edəcək.
Məlumat üçün bildirək ki, daha əvvəl də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nardaran İnvest” MMC-yə Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış və qeyri yaşayış binalarının tikintisinə icazə verib.
Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi, həmçinin “Nardaran İnvest” MMC Xalq artisti Emin Ağalarova məxsusdur. “Sea Breeze” yaşayış və istirahət kompleksinə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol