Sosial şəbəkədə biz:

Sahibkarları şantaj edən sayt rəhbərləri həbs olundu

Paytaxtın və respublikanın ayrı-ayrı rayonlarında kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə onların pul vəsaitlərini hədə-qorxu ilə ələ keçirən bir neçə sayt rəhbəri cinayət məsuliyyətinə cəlb edilib.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) daxil olan çoxsaylı şikayətlər əsasında “Aztvnews.az” saytının baş direktoru Seymur Məmmədov, “Qaynar-xett.az” saytının baş direktoru Zaur Əhmədov, “Postbaku.net” xəbər saytının baş direktoru Eldəniz Mejdunov, “Aja.az” saytının baş direktoru Elvin Qurbanov müəyyən olunaraq saxlanılıblar.

Müəyyən edilib ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərin barələrində işgüzar nüfuzlarına təsir göstərən videoreportaj hazırlayaraq, mediada yaymaqla hədələyib müxtəlif məbləğlərdə pul vəsaitləri tələb ediblər.

Faktla bağlı BMCMİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq madddələri ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunan S.Məmmədova 32, Z.Əhmədova 24, E.Mejdunova 7, əvvəllər məhkum olunan E.Qurbanova 10 fakt üzrə ittiham elan edilməklə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanan cinayət işi aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiqləyiblər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol