Sosial şəbəkədə biz:

DSX-da müəmmalı əsgər ölümü: Həbs edilən var

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.


Bakupost.az xəbər verir ki, onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Həbib İlham oğlu Orucovun ölümü ilə bağlıdır.


Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq Orxan Rzalının digər tükürpərdici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir.


Qeyd edək ki, Həbib Orucov noyabrın 9-da odlu silahdan açılmış atəş nəticəsində ölüb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol