Sosial şəbəkədə biz:

SOCAR İrpendə poliklinikanın təmirinə 1,5 milyon dollar ayırdı

Ukraynanın İrpen şəhərində poliklinikanın təmiri üçün “SOCAR Blago” xeyriyyə fondu tərəfindən 1,5 milyon dollar vəsait ayrılıb. Bu vəsait artıq binanın əsaslı təmirinə, fasadların və dam örtüyünün izolyasiyasına, pəncərələrin dəyişdirilməsinə sərf olunub.

Poliklinika binasının bərpasının ikinci mərhələsi radiasiya əleyhinə sığınacağın tikintisini, müasir yanğından mühafizə sisteminin və ventilyasiyanın quraşdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, ötən il şirkət döyüşlər zamanı ciddi ziyan dəymiş akademik Zərifə Əliyeva adına 12 saylı İrpen liseyinin bərpasını maliyyələşdirib. Təhsil müəssisəsinin binasının təmirinə 112 milyon qriven xərclənib.

Xatırladaq ki, “SOCAR Energy Ukraine” şəbəkəsi 11 regionda təmsil olunur, burada müştərilər rahat və inklüziv infrastruktura malik 57 yanacaqdoldurma məntəqəsinin xidmətlərindən istifadə edirlər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol