Sosial şəbəkədə biz:

Azərbaycanın 2024-cü ildə 50 hərbi qulluqçu həyatını itirib - onlardan 48 nəfəri qeyri-döyüş itkiləridir

2024-cü ildə Azərbaycanda azı 50 hərbi qulluqçu həyatını itirib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun keçirdiyi monitorinqin nəticələrinə görə, 2024-cü ilin 11 ayı ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 50 hərbi qulluqçusunu itirib.

Onlardan 48 nəfəri qeyri-döyüş itkiləri, 2-si isə 2023-cü ilin sentyabrında keçirilmiş lokal hərbi əməliyyatdan sonra yaralanmış və uzun müddətdə komada qalmış hərbçilərlə bağlıdır.

Ümumilikdə – 2024-cü ildə 15 nəfər avtomobil qəzasından, 5 nəfər müxtəlif bədbəxt hadisələrdən, 12 nəfər müxtəlif zəhərlənmə və xəstəliklərdən, 9 nəfər intihardan, 2 nəfər antiterror əməliyyatları səbəbindən, 4 nəfər qeyri-qanuni haldan, 2 nəfər ehtiyatsızlıqdan, 1 nəfərsə naməlum səbəbdən həyatını itirib.

Bu dövrdə ölənlərin 43 nəfəri Müdafiə Nazirliyinin, 3 nəfəri Daxili Qoşunların, 3 nəfəri Dövlət Sərhəd Xidmətinin, 1 nəfər isə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları olub.

Həyatını itirənlərin 24 nəfəri əsgər, 14 nəfəri zabit, 9 nəfəri müddətdən artıq xidmət edən hərbi qulluqçu, 3 nəfəri isə gizirdir.

2024-cü ildə ümumilikdə ən azı 19 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb.

Onlardan 15-i avtomobil qəzası nəticəsində, 2-si erməni gülləsindən xəsarət alıblar, 1 nəfəri mina partlayışından xəsarət alıb, 1 nəfərsə zəhərlənib.

Ölüm hadisələrinin 21-i işğaldan azad olunmuş Qarabağ və ətraf rayonlarda yerləşən hərbi hissələrdə baş verib (Laçın – 7, Qubadlı – 5, Füzuli – 4, Kəlbəcər – 2, Xocavənd – 1, Cəbrayıl – 1, Ağdam – 1). 14 ölüm hadisəsi isə keçmiş münaqişə zonasında yaxın hərbi hissələrdə baş verib (Tovuz – 5, Şəmkir – 3, Goranboy – 2, Naxçıvan – 2, Gədəbəy – 1, Gəncə – 1). Qalan 15 hadisə isə ölkənin əsasən şərq hissəsində yerləşən hərbi hissələrdə baş verib (Bakı – 2, Lənkəran – 2, Cəlilabad- 2, Hacıqabul – 1 və başqaları (8 hadisənin yeri açıqlanmayıb).

2023-cü il ərzində Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru ən azı 260 hərbi qulluqçusunu itirib.

Ümumilikdə 20 hərbi qulluqçu intihar edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol