Sosial şəbəkədə biz:

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Bu ilin III rübündə Azərbaycan əhalisinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksi 2023-cü ilin eyni rübü ilə müqayisədə 10 faiz bəndi artaraq 23 % təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib.

Məlumata görə, bu, II rüb ilə müqayisədə dəyişməyib.

Sorğuya əsasən, respondent bankların 75 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25 %-i isə orta dərəcədə artım olduğunu bildirib.

Qeyd edək ki, əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksinin ən yüksək göstəricisi 2022-ci ilin II rübündə (29 %) olub.

Xatırladaq ki, bu il noyabrın 1-nə Azərbaycan bank sektorunda istehlak kreditlərinin həcmi illik müqayisədə 22,6 % artaraq 8 milyard 277,8 milyon manata çatıb.

Hesabat dövründə vaxtı keçmiş istehlak kreditlərinin həcmi 256 milyon manat olub ki, bu da, 2023-cü ilin eyni dövrünə nisbətən 26,6 % çoxdur.//Report.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol