Sosial şəbəkədə biz:

BYD-nin “batareya inqilabı”: Elektromobillər ucuzlaşacaq

02 December 2024, 01:05
Gündəm

Çinin BYD şirkəti “inqilabi texnologiya” adlandırdığı yeni natrium (sodium-ion) batareyalarını təqdim edib. Onların hazırda geniş tətbiq olunan litium-ion batareyalarından qat-qat qənaətcil və ekoloji olduğu bildirilir.

“Blade” texnologiyası ilə yaradılmış natrium batareyalarının tutumu 2,3 MVt/saat, gərginliyi 1400 volta qədərdir.

Yeni batareyaların əsas üstünlükləri istehsalının ucuz, xidmət müddətinin uzun, təkrar emalının daha asan olmasıdır. Sonuncu amil onları “yaşıl” energetika nöqteyi-nəzərindən xüsusilə cazibəli edir.


Hazırda BYD ildə 30 GVt/saata qədər ümumi tutumu olan batareya istehsalına başlamaq üçün Çinin Süyçjou şəhərində xüsusi zavod tikir.

Yeni batareyaların sayəsində yaxın vaxtlarda elektromobillərin qiymətinin ucuzlaşacağı gözlənilir.

AzVision.az