Sosial şəbəkədə biz:

Son 2 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 828 milyon dollar azalıb

Bu ilin noyabr ayında Mərkəzi Bankın valyuta ehtiyatları 403,9 milyon dollar və ya 3,5% azalaraq 10 milyard 967,8 milyon dollara düşüb.
Son 2 aydır valyuta ehtiyatları davamlı olaraq azalır.
Belə ki, bu ilin oktyabr ayında valyuta ehtiyatları 424,1 milyon dollar və ya 3,6% azalıb.
Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib.
Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub.
Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib – 1 milyard 238 milyon dollar.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol