Sosial şəbəkədə biz:

Suraxanıda yük qatarlarının dəqiqələrlə dayanmasının səbəbi açıqlandı - VİDEO

03 December 2024, 08:15
Gündəm

Yeni Suraxanıda son günlər yük qatarlarının dəmir yolunda dəqiqələrlə dayanması yolda maşınların uzun tıxacına səbəb olur.

Son günlər həmin dəmiryol keçidində qatarlar tez-tez dayanır və bu səbəbdən tıxac yaranır.

Vətəndaşlar əvvəllər burada belə halların az-az baş verdiyini, ancaq son günlər qatarların dəqiqələrlə yolda qaldığını bildirirlər.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, Yeni Suraxanı qəsəbəsində yük qatarlarının dəmiryol keçidində dayanması aparılan təmir-tikinti işləri ilə əlaqəlidir.

Ətraflı süjetdə:

https://www.youtube.com/embed/ckkX7FzjEYA