Sosial şəbəkədə biz:

Ketçup xaricdən neçəyə gətirilir və marketlərdə neçəyə satılır? – Siyahı

Bu ilin ilk 3 rübü ərzində Azərbaycan xaricdən ümumi dəyəri 3 milyon 770,2 min dollar olan 2 442,5 ton ketçup və digər pomidor sousları idxal edib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, xaricdən gətirilən ketçupun 1 kiloqramının orta gömrük dəyəri 1,54 dollar (2,6 manat) olub.
Qeyd edək ki, ketçup Azərbaycana əsasən Rusiya (1 189,6 ton), Türkiyə (540 ton), Qazaxıstan (249,3 ton), Almaniya (141,2 ton), Vyetnam (117,2 ton) və s. ölkələrdən gətirilir. 
Məlumat üçün bildirək ki, xaricdən idxal olunan ketçupun ölkənin aparıcı supermarketlərindəki pərakəndə satış qiyməti gömrük dəyərindən təxminən 3 dəfə yüksəkdir.
Bu gün (3 dekabr 2024) “Bravo”, “Araz”, “Rahat”, “Bazarstore” və “Neptun” supermarketlərində idxal olunan və yerli istehsal olan bəzi ketçupların satış qiyməti aşağıdakı kimi olub:


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol