Sosial şəbəkədə biz:

Nəbatat Bağına giriş neçəyədir?

Ötən həftə təmirdən sonra açılışı edilən Mərkəzi Nəbatat Bağına giriş qiymətləri dəyişməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə mətbuat nümayəndələri üçün Mərkəzi Nəbatat Bağına mediatur zamanı bildirilib.

Qeyd olunub ki, giriş qiymətləri hələ ki 2 manatdır və bu məbləğ 2013-cü ildə qəbul edilən qərara əsasən müəyyənləşib.

Onu da əlavə edək ki, bu gündən Mərkəzi Nəbatat Bağı vətəndaşlar üçün açılıb.

Bağın laboratoriya müdiri, botanik Asif Mehralıyev jurnalistlərə açıqlamasında bildirib ki, Mərkəzi Nəbatət Bağı ərazisinə abadlıq işləri çərçivəsində yeni 116 növ bitki gətirilib.

Onun sözlərinə görə, bu, çox böyük rəqəmdir. Bu bitkilər ölkənin hava temperaturuna uyğunlaşdırılıb, adaptasiya prosesindən keçib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol