Sosial şəbəkədə biz:

"Bəxtim kişi tərəfdən gətirməyib"

08 December 2024, 10:47
Gündəm

"Adamın gərək üç şeydən bəxti gətirə: bir kişi, bir qayınana, bir də qonşu".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Həmin Zaur" verilişində deyib. Aktrisa monoloq səsləndirib.

O, monoloqda kişi tərəfdən bəxtinin gətirmədiyini deyərək "Mən bədbəxtin heç birindən bəxti gətirməyib. Kişi elədir ki, gedirsən mollaya 10 manat verirsən və dil-ağzını bağlatdırırsan" sözlərini əlavə edib.