Sosial şəbəkədə biz:

2030-cu ilədək paytaxtda bütün avtobuslar elektrik avtobusları ila əvəzlənəcək - VİDEO

2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələri elektrik mühərrikli avtobuslarla əvəzlənəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, artıq ölkəyə 160 ədəd elektrikli avtobus gətirilib. Bunların sayı daha da artırılacaq.

Bəs, Bakıda bütün marşrut xətləri üzrə ancaq elektrik mühərrikli avtobusların xəttə buraxılması nə dərəcədə real görünür?

Əgər bu layihə reallaşarsa, benzin və dizellə fəaliyyət göstərən avtobuslar necə ola bilər?

Ekspert Eldəniz Cəfərov "Xəzər Xəbər"ə qeyd edib ki, 2030-cu ilə qədər hazırda istismarda olan avtobusların əksəriyyəti sıradan çıxmış olacaq. Onların yerinə isə xəttə hər dəfə elektrikli avtobuslar buraxılacaq.

AYNA-dan verilən məlumatda o da bildirlib ki, gələn il Azərbaycanda Çinin "BYD" şirkətinin elektrik avtobuslarının istehsalı zavodu fəaliyyətə başlayacaq. Elektrikli avtobuslar üçün infrastrukturun qurulmasına gəlincə, ekspertlərin sözlərinə görə, belə avtobuslar üçün əsas olan yükləmə məntəqələrinin sayının artırılmasıdır. Bu da onların dayandığı qarajlarda olmalıdır. Gələcəkdə şəhər ərazisində digər ərazilərdə də yükləmə məntələrinin sayının artırılması gözləniləndir.

https://www.youtube.com/embed/BQTjBrC0jjw


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol