Sosial şəbəkədə biz:

"Fənərbaxça"dan sonra bu klub da kubokdan İMTİNA EDİR

Türkiyə Futbol Federasiyası Superliqada oynayan daha bir klubun 2024/25 mövsümü ölkə kuboku uğrunda yarışda iştirak etməyəcəyini açıqlayıb.

Belə ki, TFF yaydığı açıqlamada "Kasımpaşa"nın sözügedən yarışa qatılmayacağı haqda dekabrın 7-də federasiyaya məktub ünvanladığı bildirib. Federasiya bu səbəbdən həmin klubun kubok yarışında oynamayacağını elan edib.

Xatırladaq ki, daha əvvəl TFF "Fənərbaxça"nın da bu yarışda iştirak etməyəcəyini açıqlayıb.

Türkiyə mətbuatının yazdığına görə “Fənərbaxça” və “Kasımpaşa” ölkə kubokunda iştirakın onların maliyyə öhdəliyinə cavab verməməsi səbəbindən bu addımı atıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol