Sosial şəbəkədə biz:

Aidiyyəti qurumlar niyə susurlar? - VİDEO

“20 Yanvar” metrostansiyasının yeraltı keçidində ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların problemi hələ də həllini tapmır.

“İTV Xəbər” sözügedən ərazidə çəkiliş aparıb.
 

Belə ki, 3 aya yaxındır sahibkarlar bağlanan obyektlərinin açılacağı günü gözləyirlər.


Bir vaxtlar keçiddə alış-veriş əlindən tərpənmək mümkün olmasa da, indi ya ancaq metroya daxil olanları, ya da yolun digər hissəsinə keçənləri görmək olur. Keçiddəki obyektləri sahibkarlara icarəyə verən şirkət sahibləri də problemdən çıxış yolunu tapa bilmirlər.

Onların sözlərinə görə, 20 ildən çoxdur ki, “20 Yanvar”metrostansiyasının yeraltı keçidində ticarət aparılır. 200-dən artıq kiçik sahibkar burada ticarət fəaliyyəti ilə məşğul olub.

O da qeyd olunub ki, rəsmi bildiriş olmadan keçiddəki sahibkarların fəaliyyəti dayandırılıb.

Aidiyyəti qurumlar isə ünvanlanan sorğuları cavabsız qoyub. Komitəsindən bildirilib ki, sahibkarlarla bağlanan müqavilənin müddəti bu ilin yayında başa çatıb.

https://www.youtube.com/watch?v=fk4eKlXG2ZA


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol