Sosial şəbəkədə biz:

Xalq artisti: "Damarımı düz tikmədilər, elə o vaxtdan bu haldayam"

11 December 2024, 00:30
Gündəm

 “3 ildir yuxuya həsrətəm, gecələr yata bilmirəm. Yatmayan adam necə olar? İşləmirəm, işsizlik də insanı xəstə salır”.

Lent.az xəbər verir ki, bu fikirləri Xalq artisti Ənvər Həsənov söyləyib.

“O vaxt  avtomobillə qəzaya düşdüm. Başım partladı. Damarımı düz tikmədilər. Elə o vaxtdan bu haldayam. Xəstəyəm, özümə gələ bilmirəm. Oturmuşam Şüvəlanda, bağ evimdə. İstəyirəm sağalam, bacarmıram”, - o əlavə edib.