Sosial şəbəkədə biz:

Bakının Binə qəsəbəsini su basdı - VİDEO

Xəzər rayonu, Binə qəsəbəsi, Şah İsmayıl Xətai küçəsindəki mənzərəni sözlə ifadə etmək çox çətindir. Burada nəinki həyətlər, evlər də suyun altında qalıb. Sakinlər deyirlər ki, artıq 1 aydır vəziyyət belədir.

"Ehtiyatda olan polkovnikəm. Qızım əlildir, bu vəziyyətdə necə getsin, hərəkət etməyə yer yoxdur. Pulu dəstələyib ciblərinə qoyurlar. Gəlsinlər, həmin pulu bura xərcləsinlər", - deyə sakinlərdən biri narazılığını bildirib.

Mövcud vəziyyətlə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən Baku TV-yə bildirilib ki, ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsinin olmaması subasma prosesinin dinamikasının yüksəlməsinə şərait yaradıb.

Bununla əlaqədar rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin texnikaları cəlb edilməklə yağış sularının kənarlaşdırılması işləri həyata keçirilib. Həmçinin, ərazidə drenaj sisteminin quraşdırılması məqsədilə Dövlət Su Ehtiyatları Agentliyinə müraciət ünvanlanıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edilib ki, mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemi mövcud olmayan ərazilərdə müvafiq layihə sənədləri hazırlanıb:

"Layihələrin icrası su və kanalizasiya təchizatı sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla tədbirlər planına uyğun olaraq mərhələlərlə həyata keçirilir".

https://www.youtube.com/embed/ZTSga9RJyfg


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol