Sosial şəbəkədə biz:

Xərclərimizin 55%-i ərzaq və içkilərə sərf olunub

Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 480 manatlıq məhsul alıb.
Alınan məhsulların 263,2 manatını (54,8%-ini) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 216,8 manatını (45,2%-ini) isə qeyri-ərzaq malları təşkil edib.
Qeyd edək ki, ötən ilin eyni dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 459,2 manatlıq, o cümlədən 256,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 202,4 manatlıq qeyri-ərzaq malları alıb.
Rəqəmlərdən də göründüyü kimi, ötən illə müqayisədə bu il insanlar ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 6,4 manat, qeyri-ərzaq mallarına isə 14,4 manat daha çox pul xərcləyiblər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol