Sosial şəbəkədə biz:

“Əllərini yumaq istədi, həyatından oldu” - 14 yaşlı məktəblinin faciəli sonu - VİDEO

Dekabrın 11-də Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində bədbəxt hadisə baş verib. Şirvan Suvarma kanalının kənddən keçən hissəsində 14 yaşlı yeniyetmə suya düşərək boğulub.

Məlumata görə, Qoşaqovaq kənd sakini olan yeniyetmə kanalın kənarına enib. Bu zaman o, müvazinətini itirərək suya yıxılıb."Kanala yaxınlaşıb ki, əlini yusun, amma ayağı sürüşüb, suya yıxılıb. Yaxınlıqda olan vətəndaşlar kömək etməyə çalışsalar da, onu xilas etmək mümkün olmayıb. Yeniyetmə 14 yaşında idi, 9-cu sinifdə oxuyurdu" , - deyə mərhumun qohumu bildirib.

Yeniyetmənin meyiti dekabrın 12-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Aran Regional dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Ətraflı Baku TV-nin süjetində:

https://www.youtube.com/watch?v=c2OkTTQjK7M


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol