Sosial şəbəkədə biz:

Madonna Roma Papası ilə şok şəkillərini YAYDI

Məşhur amerikalı müğənni, pop musiqisinin kraliçası Madonna Roma Papası Fransisklə süni intellektlə çəkilmiş şəkillərini paylaşaraq mübahisələrə səbəb olub.

Müğənni Instagram-da özünün Papa ilə qucaqlaşan iki saxta fotosunu yerləşdirib.

Görüntülərdə müğənninin keçən ilin sonunda İtaliyanın Milan şəhərinə qastrol səfəri zamanı guya dini liderlə bir araya gəldiyi əks olunub.

Fanatlar bu paylaşıma müxtəlif reaksiyalar veriblər. Onlar sosial şəbəkələrdə "Niyə bunu edir?", "Papa niyə onu iyləyir?", “O, çox irəli gedib”, “Bu qeyri-etikdir və heç də yaxşı deyil”, “Ona nə olub ki...” yazırlar.
 

Madonnanın Katolik Kilsəsi ilə 30 ildən artıqdır davam edən münaqişəsi var.



Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol