Sosial şəbəkədə biz:

Ukrayna cəbhəsində döyüşən soydaşımız təltif olunub - FOTOLAR

15 December 2024, 00:52
Gündəm

Rusiya-Ukrayna müharibəsində iştirak edən daha bir soydaşımız Aliyev Samir Eldar oğlu Ukrayna Silahlı Qüvvələri Günü münasibətilə təltif olunub.

Samir Aliyev “Müharibə döyüşçüləri Qardaşlıq cəmiyyət” -i tərəfindən “Ukraynanın müdafiəsi” medalıyla təltif olunub.

Ukraynada Rusiya işğalı başlayan gündən könüllü olaraq ordu sıralarına qoşulan Samir Luqanskdan-Hostomelə qədər rəşadətli döyüş yolu keçmişdir. Samir döyüşlərin birində yaralanıb, hal-hazırda 2-ci qrup əlildir.

Göstərdiyi xidmətlər müqabilində USQ-i tərəfindən dəfələrlə təltif olunmuşdur. AzPolitika.info