Sosial şəbəkədə biz:

Azərbaycanda nəyə çox pul xərclənir: içki və siqaretə, yoxsa təhsilə? – Siyahı

Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda alkoqollu içkilərə və tütün məmulatlarına (siqaret) ayda adambaşına orta hesabla 9 manat 40 qəpik xərclənib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə alkoqollu içkilərə və siqaretə xərclənən adambaşına düşən vəsait 9,3% və ya 80 qəpik artıb.
Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində Azərbaycanda alkoqollu içkilərə ayda adambaşına orta hesabla 2 manat 13 qəpik, siqaretə isə 7 manat 27 qəpik xərclənib.
Məlumat üçün onu da bildirək ki, eyni dövürdə - bu ilin ilk 9 ayı ərzində Azərbaycanda adambaşına düşən orta aylıq təhsil xərcləri 6 manat 27 qəpik olub və bir il əvvəl ilə müqayisədə 4,5% və 27 qəpik artıb.
Azərbaycanda alkoqollu içkilərə və siqaretə, həmçinin təhsilə sərf olunan adambaşına düşən orta aylıq vəsait aşağıdakı kimi olub:


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol