Sosial şəbəkədə biz:

Məşhur şahmatçımız qaçaqmalçılıqda şübhəli bilinib

16 December 2024, 01:33
Gündəm

Dünyanın ən güclü şahmatçılarından biri Şəhriyar Məmmədyarov Türkiyə gömrüyündə problemlə üzləşib. 

Bakuplus.az xəbər verir ki, bu barədə "Satranc okulu” kanalında FİDE ustası Selim Gürcan məlumat verib. 

O bildirib ki, Şəhriyar qaçaqmalçılıqda şübhəli bilinib. Şəhriyar məşhur şahmatçı olduğunu bildirəndən sonra gömrük əməkdaşları internetdə axtarış edib, yalnız bundan sonra üzr istəyərək Məmmədyarovun Türkiyəyə keçməsinə şərait yaradıblar.