Sosial şəbəkədə biz:

Direktor ev dustağı oldu - Yarım milyona yaxın ödədi

“Moon Kids” Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmova ev dustaqlığına buraxılıb.

Bakı Apellyasiya Məhkəməsi bir müddət əvvəl belə qərar qəbul edib.

Hazırda direktorun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Onun əməlindən 132 nəfər və Dövlət Sosial Müdafiə Fondu zərər çəkib.

Əldə etdilən məlumata görə, Havvaxanım Rüstəmovanın işi üzrə ümumi ziyan 500 min manata yaxındır. Amma onun yaxınları həmin ziyanın çoxunu ödəyib. Məhz bu səbəbdən azadlığa buraxılıb. Hazırda cəmi 43 min manat ödənilməmiş ziyan qalıb.

Buna baxmayaraq, zərərçəkmiş şəxslərin bəziləri narazıdır. Onlar mülki iddia qaldıracaqlarını deyirlər.

Qeyd edək ki, H.Rüstəmova Nizami Rayon Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilmişdi. Qafqazinfo


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol