Sosial şəbəkədə biz:

"Qarabağ" yeni futbolçular transfer edəcək

17 December 2024, 00:03
Gündəm

"Qarabağ" futbol klubu yanvar ayında yeni futbolçular transfer edə bilər.

Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"a 5-0 qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanov qış "transfer pəncərəsi"ndə heyətə yeni futbolçular cəlb etmək istədiklərini bildirib:

"Hər mövqe üçün futbolçu axtarışındayıq. Ancaq əsasən müdafiənin mərkəzinə oyunçu transfer etmək istəyirik".