Sosial şəbəkədə biz:

Tramp : "Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında müəyyən irəliləyiş var"

"Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı müəyyən irəliləyiş var".

Bunu ABŞ-nin yeni seçilmiş Prezident Donald Tramp deyib.

O, savaşı dayandırmaq istədiyini və bunun üçün çalışdığını bildirib: “Müəyyən irəliləyiş var, lakin bu, çətin, xoşagəlməz vəziyyətdir. Hər iki tərəfdən öldürülən hərbçilərin sayı astronomik saydadır. Mən heç vaxt belə şey görməmişəm. Biz əlimizdən gələni edirik”.

Tramp həmçinin vurğulayıb ki, o, Bayden administrasiyasının Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ silahlarından istifadəyə icazə vermək qərarını səhv və axmaqlıq hesab edir.

Siyasətçi sözügedən məsələyə yenidən baxa biləcəyini istisna etmir.

Xatırladaq ki, Tramp əvvəllər müharibəni bitirə biləcəyini dəfələrlə iddia edib. Report


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol