Sosial şəbəkədə biz:

Gerasimov: Qərb Ermənistanı öz orbitinə çəkmək istəyir

Qərb ölkələri Ermənistanı öz təsir zonasına çəkməyə və Gürcüstanda vəziyyəti destabilləşdirməyə çalışırlar

RIA Novosti xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gersimov xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu cəhdlər Ukrayna ssenarisi üzrə ölkəni aktiv anti-Rusiya aksiyalarına cəlb etməkdə maraqlı olduğunu göstərir:

“Cənubi Qafqazda vəziyyət ağır olaraq qalır. Regiondankənar oyunçuların, ilk növbədə, ABŞ və Avropa İttifaqının regionda mövqelərini möhkəmləndirmək, Gürcüstanı saxlamaq və Ermənistanı öz təsir orbitinə çəkmək istəyi onun inkişafına dağıdıcı təsir göstərir”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol