Sosial şəbəkədə biz:

Talıbovun bacanağı Naxçıvanda 1,6 milyonluq şirkət təsis etdi

Naxçıvan şəhəri, Nəsirəddin Tusi ev 4 ünvanında nizamnamə kapitalı 1 milyon 560 min manat olan “Şahbuz Office” MMC (VÖEN – 0201657711) adlı şirkət dövlət qeydiyyatına alınıb.
MMC-nin qanuni təmsilçisi Qəhrəmanov Hünbət Elçin oğludur.
Hünbət Qəhrəmanovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağı olduğu bildirilir. Onun atası Elçin Qəhrəmanov Naxçıvan Muxtar Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri olub.
Məlumat üçün bildirək ki, eyni tarixdə və eyni ünvanda – Nəsirəddin Tusi ev 4 ünvanında 1 milyon 700 min manat nizamnamə kapitalı ilə “Head Property” MMC (VÖEN – 0201658481) adlı şirkət də qeydiyyata alınıb.
Bu şirkətin qanuni təmsilçisi isə “Naxçıvanbank” ASC-nin hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İdarə heyətinin sədri İsa Bünyad oğlu İsayevdir. İsa İsayev uzun illər Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Naxçıvanbank” ASC-nin də rəhbərliyində təmsil olunub. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol