Sosial şəbəkədə biz:

Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar

Xəbər verdiyimiz kimi, dünən Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub və nəticədə onlarla şagird zəhərlənib.
Aşağı Quşçu təbii qazla təmin olunan kəndlərdən biridir.
Lakin, kənddə təbii qazın olmasına baxmayaraq məktəb “pelet yanacağı” adlandırılan biokütlə qranul yanacağı ilə qızdırılır.
Məlumat üçün bildirək ki, “pelet yanacağı” Azərbaycana əsasən xarici ölkələrdən idxal edilir. Bu ilin ilk 10 ayında Rusiyadan 251 ton “pelet yanacağı” gətirilib.
Onu da qeyd edək ki, Azərbaycanda təhsil ocaqlarının bu cür yanacaqlarla, o cümlədən də odunla qızdırılması halları geniş yayılıb. Elm və Təhsil Nazirliyi məktəblərin qızdırılması üçün hər il tonlarla odun yanacağı satın alır. Odunla qızdırılan məktəblərin yerləşdiyi ərazilərin bir çoxu isə təbii qazla təmin olunub. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol