Sosial şəbəkədə biz:

“LukOyl” benzin əvəzinə su satır? - VİDEO

“LukOyl Azərbaycan”a məxsus yanacaqdoldurma məntəqələrində benzinin tərkibinə su qatıldığı bildirilir. 

Bu barədə avtotəmir məntəqəsində çəkilən video sosial şəbəkələrdə yayılıb. 

Belə ki, avtomobil ustası eyni problemlə təmirə gətirilən iki avtomobilin çənindən çıxan benzinin tərkibinə su qatıldığını göstərib. 

Avtomobil sürücüsü benzinin “LukOyl Azərbaycan”a məxsus olduğunu deyib. 

Pravda.az məsələ ilə bağlı “LukOyl Azərbaycan”ın baş ofisi ilə əlaqə saxlayıb. Şirkətin mediaya məsul şəxsləri telefona cavab verməyiblər. Zənglərə cavab verən əməkdaş isə bildirib ki, növbəti həftə şirkətə müraciət ediləcək.

https://www.youtube.com/embed/gax-XcxP_6Q


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol