Sosial şəbəkədə biz:

Bakının Moskva və Kiyev arasında vasitəçiliyi səmərə vermədi

Moskva və Kiyev Rusiya qazının Ukrayna vasitəsilə Avropaya ixracının davam etdirilməsi ilə bağlı Azərbaycanın vasitəçiliyi ilə razılığa gələ bilməyiblər.

Reuters xəbər verir ki, Avropa İttifaqı və Ukrayna Azərbaycandan Rusiya ilə bu il başa çatacaq qaz tranziti sazişi ilə bağlı müzakirələrə yardım etməyi xahiş ediblər.

SOCAR bir ilə yaxın Rusiya və Ukraynanın enerji şirkətləri arasında aparılan danışıqlarda vasitəçi kimi çıxış edib.

Mayın 2-də İstanbulda, avqustun 29-da Vyanada yüksək səviyyəli görüşlərin keçirildiyi vurğulanır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol