Sosial şəbəkədə biz:

NATO baş katibi Zelenskidən narazılıq etdi: “Ona dəfələrlə demişəm...”

“Mən Zelenskiyə dəfələrlə demişəm ki, o, Almaniya kansleri Olaf Şoltsu tənqid etməyi dayandırmalıdır, çünki fikrimcə, bu, ədalətsizlikdir”.

NATO-nun baş katibi Mark Rutte Almaniyanın DPA agentliyinə müsahibəsində belə deyib.

Rutte əlavə edib ki, Şoltsdan fərqli olaraq, o, Ukraynanı “Taurus” qanadlı raketləri ilə təmin edəcək və onların istifadəsinə məhdudiyyət qoymayacaq.

“Ümumiyyətlə, biz bilirik ki, bu cür imkanlar Ukrayna üçün çox vacibdir”.

Zelenski Almaniya kansleri ilə Vladimir Putin arasında Ukrayna prezidentinin iradəsinə zidd baş verdiyi iddia edilən telefon danışığından sonra Şoltsu kəskin tənqid edib./Modern.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol