Sosial şəbəkədə biz:

“Azərbaycanın D-8 sıralarına daxil olması təşkilatın mövqeyini gücləndirdi” – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) qoşulması qərarını alqışlayıb.
Türkiyənin dövlət başçısı Ankarada Qahirəyə səfərinin yekunlarını şərh edərkən deyib.
“Qardaş Azərbaycanın D-8 sıralarına daxil olması təşkilatın mövqeyini gücləndirib”, - Ərdoğan bildirib.
Türkiyə Prezidenti həmçinin Misirlə qarşılıqlı fəaliyyətin bir çox sahələrinə, o cümlədən ticarət-iqtisadi əlaqələrə müsbət təsir göstərən səmimi dialoqun inkişafından məmnunluğunu ifadə edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol