Sosial şəbəkədə biz:

"Qarabağ" "Fənərbağça"nın üzvündən imtina etdi

Premyer Liqada qış fasiləsi başladı.

"Qarabağ" transfer çalışmalarına indidən başlayıb. "Köhlən atlar" hücumçu və mərkəz müdafiəçisi axtarışındadır. Menecerlər Ağdam təmsilçisinə müxtəlif futbolçular təklif ediblər. Bunlardan biri türkiyəli Cenk Tosundur.

"Qarabağ" oyunçunun yaşını əsas gətirərək "Fənərbağça"nın üzvündən imtina edib.

Qeyd edək ki, Cenk Tosun karyerası ərzində "Ayntraxt", "Beşiktaş", "Qaziantepspor", "Everton", "Kristal Palas" kimi klublarda da çıxış edib. /Offsideplus.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol