Sosial şəbəkədə biz:

Azərbaycanda sığorta yığımlarının 93%-i 5 şirkətin payına düşüb

Bu ilin ilk 11 ayı ərzində ölkədə fəaliyyət göstərən 17 sığorta şirkəti tərəfindən 1 milyard 222 milyon manat sığorta haqqı yığılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə yığılan sığorta haqqı 10,3% və ya 114 milyon manat artıb.
Qeyd edək ki, yığılan sığorta haqlarının 68,2%-i və ya 833,4 milyon manatı “Paşa Sığorta” şirkətinin payına düşüb.
Ümumilikdə isə sığorta yığımlarının 92,6%-i aşağıdakı 5 şirkətin payına düşüb:
“Paşa Sığorta” – 833,4 milyon manat (68,2%);
“Atəşgah Sığorta” – 139,2 milyon manat (11,4%);
“Qala Sığorta” – 96,4 milyon manat (7,9%);
“Meqa Sığorta” – 32,4 milyon manat  (2,6%);
“Xalq Sığorta” – 31,2 milyon manat (2,5%).


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol