Sosial şəbəkədə biz:

Qazi oğlunun qəfil ölümünə dözməyən ana da vəfat etdi

24 December 2024, 17:51
Gündəm

Vətən müharibəsi iştirakçısı, Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş mərhum qazi Namaz Şirinovun anası Mingəçevirdə dünyasını dəyişib.
1967-ci il təvəllüdlü Gülüstan Şirinova qazi oğlunun qırxından cəmi 10 gün sonra vəfat edib.

Qeyd edək ki, qazi Namaz Şirinov ötən ay qəfil ürək tutmasından dünyasını dəyişib. Qazinin 2016-cı ildə dünyasını dəyişmiş atası Qaryağdı Şirinov da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Yeniavaz