Sosial şəbəkədə biz:

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib

07 July 2016, 09:37
Gündəm
Dağıstanın cənubundakı Qarabudaxkənd rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin qərargahının nümayəndəsi bildirib. Onun sözlərinə görə, hazırda silahlıların zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır: “Antiterror əməliyyatı rejimi Qarabudaxkənd rayonunda yerli vaxtla saat 04:30-dan etibarən tətbiq edilib. Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir”. Digər təfərrüatlar barədə məlumat verilmir.