Sosial şəbəkədə biz:

Uraloğlu :"Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir"

25 December 2024, 00:20
Gündəm

Zəngəzur dəhlizi ilə bağlı Türkiyə Azərbaycanla müzakirələri davam etdirir.

Bunu Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulqadir Uraloğlu Ankarada "Türkiyə əsri"ndə nəqliyyat dəhlizləri və tranzit daşıma" mövzulu konfransda çıxışında deyib.

O bildirib ki, Türkiyə müxtəlif vasitələrlə Orta dəhlizin effektivliyini artırmağa çalışır.

Nazirin sözlərinə görə, belə layihələrdən biri də Zəngəzur dəhlizidir.