Sosial şəbəkədə biz:

Elektrik enerjisi istehsalı üçün avadanlıqların idxalı gömrük rüsumlarından azad olundu

Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalında istifadə olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı gömrük rüsumlarından azad edilib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Gömrük tarifi haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Sənəddə qeyd olunur ki, dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilib.

Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol