Sosial şəbəkədə biz:

Obama və Putin Dağlıq Qarabağı müzakirə etdi

07 July 2016, 09:53
Gündəm
Barak Obama Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ABŞ-ın səylərini artırmağa hazır olduğunu bildirib. Trend-in məlumatına görə, bunu Barak Obama Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı bildirib. Məlumatda deyilir: "Prezident Obama Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə nail olmaq üçün Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədrləri qismində səylərini intensivləşdirməyə hazır olduğunu bildirib".