Sosial şəbəkədə biz:

Qazaxlar Azərbaycanın Astanadakı səfirliyinə gül gətirirlər – Fotolar

Aktauda baş vermiş faciəvi təyyarə qəzası ilə əlaqədar qazaxıstanlılar Azərbaycanın Astanadakı səfirliyinə gələrək buraya gül dəstələri qoyublar.
“Kazinform” xəbər verir ki, həmçinin bir qrup Astananın sakini Aktau yaxınlığındakı təyyarə qəzasından sağ çıxan yaralılara qan vermək üçün paytaxtın Qan Mərkəzində növbəyə durublar.
Qeyd edək ki, bu gün Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Sonuncu məlumata görə, 32 nəfər qəzadan sağ çıxıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol