Sosial şəbəkədə biz:

Qəzada ölən 20 yaşlı Mahmud evin yeganə övladı idi - FOTO

26 December 2024, 00:01
Gündəm

Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan Mahmud Tutunçiyev Qroznıya səyahət məqsədilə səfər edirmiş.

Bu barədə Bakupost.az -a yaxınları bildirib.

"Mahmud tələbə idi. Qroznıya 10 günlük səyahətə gedirdi. Əmisi orada yaşayır. Yeni ili onlarla keçirmək istəyirdi", - deyə mərhumun yaxınları bildirib.

Qeyd edək ki, Balakən rayonundan olan 20 yaşlı Mahmud Tutunçiyev Bakı Avrasiya Universitetinin 2-ci kurs tələbəsi və evin yeganə övladı idi.

 Qəzada ölən 20 yaşlı Mahmud evin yeganə övladı idi - FOTO