Sosial şəbəkədə biz:

Fəzail Ağamalı, qızı, 2 oğlu və 3 nəvəsinə qarşı iddia geri götürüldü

Ana Vətən Partiyasının (AVP) sədri, sabiq deputat Fəzail Ağamalı, övladları - deputat Günay Ağamalı, Elçin Ağamalı, Yalçın Ağamalı və nəvələri Samirə Ağamalı, Kamran Ağamalı, Orxan Ağamalıya qarşı kommersiya iddiası üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

İddiaçı tərəf - "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ərizəsini geri götürüb. Məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərar çıxarıb.

"Aqrarkredit" QSC-nin iddia ərizəsində Fəzail Ağamalı və övladları ilə yanaşı, "Agricola" şirkəti və İmanova Suğra Sevindik qızı cavabdeh qismində tanınıb.

Götürülmüş kreditin hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə olunduğu bildirilir. apa


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol